Bunu “DOST” tv-yə mövzu ilə əlaqədar müsahibə verən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Millət vəkili bildirib ki, bu, iqtisadi, humanitar və sotpavr dediyimiz mədəniyyət elementləri ilə yanaşı, hartpovr, yəni güclü, siyasi hərbi birlik kimi formalaşmaq lazımdır: “Çünki bizim xəritəyə, coğrafiyaya baxsaq, yəni bu artan güc Çin var, Rusiya var. Bir tərəfində Avrop İttifaqı var. Avrasiyada ən çox böyük bir məkandır. Burada böyük bir güc mərkəzlərinin rəqabət apardığı bir platformadır. Ona görə də düzdür, biz hamı ilə əməkdaşlıq etmək istəyirik, hamı ilə dost oluruq. Amma eyni zamanda biz güclü olmalıyıq ki, bizə hörmət etsinlər. Bizi qarşılıqlı bərabər tutsunlar. Ona görə də Azərbaycanın Türk dünyasında liderliyi məhz cənab Prezidentin Türkiyə Prezidentinin liderliyi altında çox gözəl proses gedir. İnşallah ki, bu öz məntiqi nəticəsinə çatacaq. Mən əminəm ki, yeni dünya düzənində Türk dünyası strateji mövqeyi ilə xüsusi yer tutacaq”.
Tahirə AĞAMİRZƏ