28.06.2025, 10:55
AZ EN
24.02.2025, 16:45 235

İrəvan bələdiyyəsi və daxili işlər nazirliyi yola getmir

YAZILAR
  • "Hraparak" xəbər verib ki, İrəvan bələdiyyəsinin sədri Tiqran Avinyan fevralın 20-də şəhərdə baş vermiş zəncirvarı maşın qəzaları ilə bağlı sürücüləri və yol patrul xidmətinin əməkdaşlarını təqsirləndirərək deyib ki, əsas günahkar isə maşınların yay təkərlərinin dəyişməyən sürücülərdir.

Yol polisləri isə bu məsələdə seyrçilik mövqeyində olub. Onun dediyinə görə, bələdiyyə dəfələrlə xatırlatmasına baxmayaraq sürücülərin 80 faizi qarı, buzu düşünməyərək maşınların təkərlərinin yeniləməyib. Dəyişdirilən təkərlərinin çoxu isə köhnəlmiş, istifadə müddəti bitmiş olub. Nəticədə fevralın 20-24-də 482 yol nəqliyyat hadisəsi baş verib.

Daxili işlər nazirliyi isə bələdiyyə sədrinin sözlərini təkzib edərək belə bir açıqlama verib ki, yol polisi öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir və bu indi də belədir. Bələdiyyə sədri isə yol təmizləyən maşınları nə təmir etdirib, nə də yenisi ilə əvəzləməyib ki, problem yaranmasın. Qarşılıqlı ittihamlar davam etməkdə, sərnişinlər arasında narazılıq isə artmaqdadır.

Xatırladaq ki, Hayastanın daxili işlər naziri də daxil olmaqla 6 qadın, baş prokuror və xarici kəşfiyyat xidmətinin rəhbəri qadındır. "Hraparak"ın iddiasına görə onların hamısı Anna Hakopyanla yaxın münasibətdə olduqlarına görə yüksək vəzifələrə təyin olunublar.

Nəsib Qaramanlı

Oxşar xəbərlər