2023-cü ildə Xankəndidən köçən sənədli filmlər rejissoru, ictimai fəal Hovhannes İşxanyan "Hraparak"ın müxbiri Lia Sarkisyanla söhbətində deyib ki, bu hakimiyyət 2020-ci il noyabrın 9-dakı sənədi imzaladığına görə dərhal istefaya getməli idi. Bu, tələb olunsa da, baş vermədi. Axı, Nikol Paşinyan məhz Xankəndidə "arsax hayastandır və vəssalam" deyərək müharibəyə zəmin yaratmışdı. 2023-cü ildə keçirilən antiterror əməliyyatınadək Qarabağda guya 150 min hayın yaşadığını, Paşinyanın öz komandasına, o cümlədən Alen Simonyana "arsaxı verək, rahat nəfəs alaq" deməsini bildirən kinorejissor əlavə edib ki, Hayastana köçən hayların əksəriyyəti etiraf etməsə də, peşman olduqlarını öz aralarında danışarkən gizlətmirlər. Deyirlər ki, faciədən çıxıb daha böyük faciəyə düçar olduq. Beynəlxalq təşkilatlarda da artıq heç bir real dəstək görmədiyini bildirən rejissor Hayastanda cəhənnəm əzabı çəkdiklərini xüsusi vurğulayıb.
Nəsib Qaramanlı