“Avropa İttifaqının icra orqanı olan və bir növ “Avropa hökuməti” rolunu oynayan Avropa Komissiyasının Azərbaycanla yaxşı və strateji münasibətlərə can atdığı bir şəraitdə, sol-liberal qüvvələrin güclü təsiri altında olan Aİ Parlamenti bu məsələdə narahatçılıq yaratmaq üçün əlindən gələni edir. Aydındır ki, yuxarıda qeyd edilən qətnamənin qəbul edilməsi vaxtı da COP29-a kölgə salmaq, habelə milli və institusional nümayəndə heyətlərini mənfi əhvali-ruhiyyədə kökləmək üçün seçilib. Görünür ki, Avropa Parlamenti deputatlarının düşüncəsinə görə, hazırda COP29-la əlaqədar Azərbaycana göstərilən yüksək diqqət onlara öz iddialarını irəli sürmək üçün yaxşı fürsət verir”, -deyə macarıstanlı ekspert vurğulayıb.
Laslo Vaşa bildirib: “Xüsusi qeyd etmək istədiyim ən böyük problem ondan ibarətdir ki, qalmaqallı qətnaməni qəbul edən bu siyasi qruplar Azərbaycanın mövqeyini eşitmək və başa düşmək belə istəmirlər. Bütün bunlar Ermənistanla Azərbaycan arasında barışığa xidmət etmir, çünki ermənilərin Qərbdəki dostları onlara mütəmadi şəkildə antaqonizmin davam etdirilməsinə yönəlmiş stimullar verirlər”. (AZƏRTAC)