28.06.2025, 01:13
AZ EN
16.02.2024, 15:56 329

Erməni polkovnik Azərbaycan rəhbərinin və ordusunun gücünü etiraf edir

YAZILAR

Ehtiyatda olan polkovnik, hərbi ekspert Hayk Nahapetyan "Hraparak" TV-nin aparıcısı Hayka Aloyana verdiyi yarım saatlıq müsahibədə fevralın 12 və 13-də şərti sərhəddə baş vermiş olaylardan danışarkən Azərbaycanın hərbi və siyasi qüdrətini etiraf edib. O, deyib ki, Ermənistanın müdafiə nazirliyi azərbaycanlı əsgərin erməni tərəfindən snayper tüfəngi ilə vurulmasını göstərən video çarxla tanış olduğunu və müvafiq tədbir görəcəyini, yəni etməni hərbçinin cəzalandırılacağını bildirən məlumat açıqlamışdı. Lakin bu, baş vermədiyinə görə Azərbaycan sərhədçiləri əməliyyat keçirib 4 erməni əsgərin öldürülməsi ilə bir daha öz gücünü göstərdi. "İndi həmin yer də azərbaycanlıların nəzarəti altındadır" - deyə o, bütün bunların  Ermənistan hakimiyyətinin düzgün siyasət aparmamasının göstəricisi olduğunu bildirib və vurğulayıb ki, Paşinyan küçədən gəldiyinə görə nə hərbi, nə də siyasi analiz qabiliyyətinə malik deyil. Azərbaycan prezidenti isə yüksək siyasi savada, dərin analitik qabiliyyətə malik olduğundan reallığı həmişə düzgün dəyərləndirib və ona görə də xalqı tərəfindən sevilir, dəstəklənir. Polkovnik əlavə edib ki, üçtərəfli bəyanatda erməni hərbi qüvvələrinin Qarabağdan çıxması barədə tam aydın yazılsa da Paşinyan və çoxsaylı siyasilər bunun belə olmadığını deyirdilər. Bu səhv idi. "Əliyev dəfələrlə əlini stola vuraraq erməni silahlı qüvvələri Qarabağdan çıxmasa cəzalanacaqlar deyəndə bizimkilər yenə müxtəlif fikir irəli sürür, Rusiyadan, KTMT-dan və b.köməyə arxayınlaşırdılar" - deyə H.Nahapetyan Qarabağdan ermənilərin köçməsinin səbəbini də Ermənistanda düzgün aparılmayan siyasətlə əlaqələndirib.

Jurnalistin "Azərbaycanla Ermənistan arasında bu il müharibə nə vaxt - yazdamı, yaydamı olacaq?" sualı ilə bağlı isə bildirib ki, Ermənistanın daxilində müharibə istəyənlər az deyil, amma müharibə yox, lokal döyüşlər olacaq və bu döyüşlər nəticəsində Azərbaycan yeni yüksəkliklər əldə edərək Ermənistana yenə öz şərtlərini irəli sürəcək. Çünki güclü siyasi lideri və ordusu var.

Təki belə olsun!

N.Qaramanlı

Oxşar xəbərlər