Politoloq İlyas Hüseynov bu məsələyə toxunaraq bildirib ki, bu gün bütün KİV-lərdə Fransanın Ermənistana göndərdiyi zirehli maşınlar müzakirə olundu. Lakin Fransanın Ermənistana göndərdiyi "Bastion" zirehli maşınların bəzi "özəllikləri" məlum olub:
"Belə ki, Ukrayna Fransanın göndərdiyi “Bastion” zirehli maşınlarını təhlükəsizlik baxımından zəif olduğuna görə rədd edib.
Fransanın “Ouest France” nəşri yazır ki, məhz bu yararsız maşınlar Ermənistana yönləndirilib.
Ouest France qeyd edir ki, bu maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunduğunu hesab edib".
Politoloq daha sonra xatırladıb ki, İrəvan hərbi texnikanın ilk tədarükünü Fransadan alıb: "Ermənistan ordusu üçün zirehli texnikanın ilk belə partiyası artıq Gürcüstan vasitəsilə ölkəyə gətirilir.
Qeyd edək ki, Bastion əvvəlcə ölkənin Afrikadakı keçmiş müstəmləkələrində fransız qoşunları üçün nəzərdə tutulub. İndi Fransa bu avadanlıqdan qurtulmaq üçün hər cür fürsət axtarır",- deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ