27.06.2025, 22:35
AZ EN
03.10.2023, 13:36 394

İranşünas erməni başını itirib

YAZILAR

İrəvan dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekan müavini, iranşünaşlıq kafedrasının müdiri Vartan Voskanyan çoxdandır mətbuatda görünmürdü. O, bir günlük lokal antiterror əməliyyatından sonra yenidən üzə çıxaraq yenə də sağlam məntiqdən uzaq fikirlər səsləndirməkdədir. Ermənilərin dini ilə etnik mənsubiyyətini eyniləşdirən bu iranşünas deyib ki, Qarabağdan köçən soydaşları guya yenidən oraya qayıdıb "öz dövlətlərini" quracaqlar. Azərbaycana inteqrasiya etməkdən boyun qaçıran erməniləri milli qəhrəman kimi xarakterizə edən bu "alim" onlardan bəhs edən kitab yazıb erməni, fransız, rus və fars dillərində çap etdirmək fikrindədir. Xəbəri yayan "Hraparak" isə belə bir gülməli təklif irəli sürüb ki, həmin kitab Azərbaycan və Türkiyə türkcəsində də çap edilib xüsusilə İrandakı türk soylular arasında yayılmalıdır.

Bir sözlə, görünən odur ki, hayların alimi də, fəhləsi də psixi durumlarına görə də bənzərsizdirlər. Belə olmasaydı, sağlam məntiq məhsulu olan ifadələr işlədərlər.

Nəsib

Oxşar xəbərlər