28.06.2025, 01:09
AZ EN
05.09.2023, 09:30 193

Elxan Şahinoğlu: "Ərdoğan Rusiyanın 9 noyabr 2020-ci ilə razılığının şərtlərinə sadiq qalacağına inandığını bir daha Putinin diqqətinə çatdırıb"

YAZILAR

Elxan Şahinoğlu yazır:

Soçidə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında xeyli mövzu müzakirə olunub. Bizi maraqlandıran prezidentlərin Azərbaycan-Ermənistan gərginliyi ilə bağlı nələri müzakirə etmələridir. Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında “Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik” - cümləsini işlədib. Bu cümlədən çıxan nəticə budur ki, bizim məsələ ilə bağlı qısa fikir mübadiləsi olub. Türkiyə Cumhurbaşqanı NATO-nun son Vilnyus zirvə toplantısında Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər tərk edəcəyinə inandığını bildirmiş və Putinin bununla bağlı vədini xatırlatmışdı. Fikrimcə, Ərdoğan Rusiyanın 9 noyabr 2020-ci ilə razılığının şərtlərinə sadiq qalacağına inandığını bir daha Putinin diqqətinə çatdırıb. Putinin bu mövzuda nə düşündüyü hələ bizə bəlli deyil, 2025-ci ilə isə az müddət qalıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər