İndi də özünü Qarabağdakı separatçıların hamisi kimi gülünc ifadə ilə təqdim edən Ruben Vartanyan FB hesabındakı növbəti açıqlama ilə yenə gündəmdə qalmağa cəhd edir. "Arsaxın" məsələsi bütün ermənilərin şərəf məsələsidir. Bütün ermənilərin və "arsax ermənilərinin iradəsini nəzərə almadan "Arsaxın" taleyi ilə hər hansı qərar qəbul etmək Ermənistan hakimiyyətinin səlahiyyətləri çərçivəsində deyil. Bunu "arsaxın", dünyadakı bütün erməni təşkilatlarının, şəxsiyyətlərin, bütün kilsələrin, o cümlədən ali ruhani şurasının, Kilikiya yepiskopluğunun yaydıqları bəyanatlar da təsdiqləyir", - deyə o, Ermənistan iqtidarının Qarabağı Azərbaycanın ərazisi olaraq tanımasına qarşı çıxıb və bütün vasitələrdən istifadə edərək sözügedən sülh müqaviləsinin imzalanmasına əngəl olacağını vurğulayıb.
O, daha sonra bildirib ki, hazırda "arsaxın təhlükəsizliyi və tərəqqisi cəbhəsi" adlı ictimai hərəkat yaradılması işi ilə məşğuldur və ermənilərin hamısını bu işə cəlb edəcəyi kimi gülünc ifadə səsləndirib.
Həmişə olduğu kimi bu dəfə də "biz sonadək gedəcəyik" deyən bu dələduz iş adamının sonadək, yəni həbsxanaya gedəcəyinə isə şübhə yoxdur.
N.Qaramanlı