28.06.2025, 02:28
AZ EN
15.05.2023, 15:34 272

Məlahət İbrahimqızı: “Türkiyədə Prezident və parlament seçkiləri ən yüksək səviyyədə keçirildi”

YAZILAR

Məlum olduğu kimi, 14 may 2023-cü il  qardaş Türkiyə üçün olduqca əhəmiyyətli gün olaraq tarixə düşdü. Bir əsr öncə müstıəqilliyini elan edərək  Asiya ilə Avropaının kəsişməsində güclü dövlət quran Türkiyə Cühmuriyyəti demokratkliyini qoruyub-saxladığını bir daha dünyaya sübut etdi. 64 milyondan çox Türkiyə vətəndaşı ən yüksək səviyyətə keçirilən  Prezident və parlament seçkilərində  şəffaf, təkmil və tühlükəsiz qaydada səsvermədə iştirak etdi.  İnsan izdihamı, ölkə üzrə quraşdırılan 191 mindən çox məntəqədə seçkilər müşahidə olundu. Türk xalqı  yaranan yeni siyasi reallıqlarda  güclü və müstəqil Türkiyənin  uzun ömürlü olması üçün iradələrini sərbəst şəkildə bildirdilər. Cumhur İttifaqının namizədi hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın səsçoxluğu toplaması Türkiyənin bu imicinin kimə etibar edilməsinin aydın göstəricisidir. Cəmiyyət açıq  şəkildə mövcud hakim siyasi  elitaya və onun yaratdığı  sarsılmaz Türkiyəyə etimad nümayiş etdirdi. Beyənlxalq  müstəvidə bəzi anti-türk  dairələri isə tarix boyu Türkiyəyə yönəltdiyi nəfsini uzaq tuta bilmədiyi kimi, bu dəfə də  seçki prosesinə kölgə salmağa  çalışdılar. Lakin yenə də faktlar fərziyələri susdurdu. Qərb Türkiyənin demokratiya dərsində sona qədər əyləşməyə məcbur oldu. Millət vəkili Məlahət İbrahim qızı bununla bağlı “Real” TV-yə açıqlama verərkən bildirib ki, Türkiyə cəmiyyəti 14 may seçkilərini əsl demokratiya bayramı kimi qeyd etdi: “Beynəlxalq mətbuatda da, dünya mətbuatında da neçə müddət idi qeyd olunurdu ki, dünyanın ən çətin seçkisi  14 mayda Türkiyədə olacaq. Əslində, bu, heç də dünyanın ən çətin seçkisi olmamalıydı. Sadəcə olaraq,Türkiyədə keçirilən seçkiyə dünyanın bir sıra maraqlı ölkələri, Türkiyəni sevməyən qüvvələr bu seçkilərin pozulmasını və  Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu seçkidən uduzaraq hakimiyyətdən getməsi idi. Çünki bu,  bir sıra ölkələr və beyənlxalq təşkilatlar üçün nə güclü Türkiyə lazımdı, nə də güclü lider lazım idi. Ona görə də nəyin bahasına olursa-olsun mayın 14-də keçirilən seçkilərin ya pozulması, ya da orda baş verən hər hansı bir hadisənin baş verməsi, ya da seçkidə R.T.Ərdoğanın uduzması idi. Amma dünən Türkiyə xalqı dünyaya demokratiya dərsi öyrətdi, Demokratiyanın nə olduğunu, demokratik dəyərin nə olduğunu göstərdi və dünən o yüksək əhval-ruhiyyədə,  əmin-amanlıqda, o yüksək abı-havada keçirilən seçkini də Türk xalqı mətbuatda da, bütün müsahibələrdə də demokratiya şöləni adlandırdı”.

Millət vəkili xüsusilə vurğulayıb ki, kiçikdən-böyüyə milyonlıarla türk vətəndaşının  iştirak etdiyi səsvermə prosesində qanun pozuntusu müşahidə olunmadıı. Bu isə türlk xalqını dövlətçilik ənənələrinə və seçiminə olan hörmətidir.

Millət vəkili daha sonra əlavə edib ki, R.T.Ərdoğan 20 ildən  artıq hakimiyyətdə olduğu müdddətdə  belə bir yüksək  göstərici əldə etməsi, təbii ki, dünyada nadir hadisədir.Çünki bu günə qədər dünyada elə bir partiya, siyasi lider  olmayıb ki, növbəti seçkilərdə  o əvvəlki səsləri itirməsin.  Amma 14 mayda keçirilən  seçkidə bir daha R.T.Ərdoğanın gücünü, sözün həqiqi mənasında türk xalqının, Türkiyə ictimaiyyətinin  türk dünyasının  böyük lideri olduğunu sübut elədi”.

Ekspertlərin böyük əksəriyyətinin fikrincə, seçkilər ikinci tura qalarsa belə, R.T.Ərdoğanın mütləq qələbəsi qaçılmazdır. Elə bu aşikar səs çoxluğu  münasibəti ilə Türkiyəli həmkarını təbrik edən ilk dövlət  başçısı isə Prezident İlham Əliyev oldu. “Sevinciniz sevincimizdir”, - deyib sarsılmaz qardaşlıq münasibətinin təntənəsinə bir daha şahidlik etdik. Azərbaycan və Türkiyənin tarixi bağları  günü-gündən məhz bu uğurlarla möhkəmlənir.   

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər